MUSK
MUSK-TREE
OBASTAN VİKİ
Elon Musk
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi. Şirkət 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.